APA-nın xəbərinə görə, bunu İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami bildirib: “İki dost və qardaş ölkənin maraqlarına zərər gətirən verilişlər, proqramlar, məqalələr verilməsin. Bizim prezidentlər bir-birini “qardaş” deyə çağırır. Təbiidir ki, ABŞ və İsrail rejimləri İran və Azərbaycanın yaxınlaşmasından, mehribançılığından çox narahat olur. İran Qarabağ probleminin həllinə çalışır. Əgər ötən əsrin 90-cı illərinin əvvəllərində İran Azərbaycan və Ermənistan arasında vasitəçilik etmək istəyibsə və bu arada Şuşa işğal olunubsa, burada ABŞ-ın və İsrailin əli var. Bunun diqqətlə araşdırılmasını istəyirəm”.