Hərdən, töküləndə şəlalə kimi,
Gur axan selində mənəm boğulan.
Hərdən, yığılanda bir halə kimi,
Qəlbimdir orada əsirtək qalan.
Hərdən darayanda divanə külək,
Bilmirəm, hayana qoyum canımı.
Günəş də öpəndə qısqanır ürək---
Söndürə bilmirəm həyəcanını.
Saçların kəsilib qənim ruhuma,
Alıb rahatlığı, dincliyi əldən.
Elə birdəfəlik dola boynuma,
Çək, apar özünlə--hara istəsən !
Sədaqət Əhmədova