Saakaşviliyə şokolad atılıb?

Saakaşviliyə şokolad atılıb?
Bütün Xəbərlər
08:00 28.05.2011
1339

Gürcüstan prezidenti Mixail Saakaşviliyə şokolad atılıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, insident Saakaşvili Marcanişvili teatrında keçirilən zaman baş verib. Gürcü mətbuatı hadisə ilə bağlı 3 nəfərin saxlanması barədə məlumat yayıb. Onlar Tiflis şəhər məhkəməsinə aparılıblar. 

Saxlanılanlardan birinin valideyni oğlunun Güürcüstana hadisə baş verəndən bir gün öncə gəldiyini və ölkədə keçirilən etiraz aksiyalarında iştirak etmədiyini deyib. Onun sözlərinə görə, oğlu adıçəkilən teatrda keçirilən rəsmi mərasimdə dəvətnamə əsasında iştirak edib. 

Qeyd edək ki, nə baş verən hadisə, nə də saxlanılanlar barədə rəsmi açıqlama verilməyib.


OXŞAR XƏBƏRLƏR