Saakaşvili parlamentdə azərbaycanca “Bir kərə yüksələn bayraq, bir daha enməz” dedi

Saakaşvili parlamentdə azərbaycanca “Bir kərə yüksələn bayraq, bir daha enməz” dedi
Bütün Xəbərlər
13:00 07.03.2012
1812
Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili martın 7-də Milli Məclisə gəlib. AZXEBE.COM “Media forum” istinadən xəbər verir ki, Mixail Saakaşvili Milli Məclisdə çıxış edib. Gürcüstan prezidenti çıxışında Azərbaycan dövlətinin yaranması tarixinə də toxunub və Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin adını çəkib. Çıxışının bu hissəsində Mixail Saakaşvili Azərbaycan dilində danışıb və Məhəmməd Əmin Rəsulzadənin məşhur sözünü xatırladıb: “Bir kərə yüksələn bayraq bir daha enməz!”. Gürcüstan prezidenti Azərbaycanın görkəmli tarixi şəxsiyyətləri Cavad xan, Üzeyir Hacıbəyli, Fətəli xan Xoyski, Nəriman Nərimanov və başqalarının da adlarını çəkib.
OXŞAR XƏBƏRLƏR