Saakaşvili prezident İlham Əliyevə zəng edib

Saakaşvili prezident İlham Əliyevə zəng edib
Bütün Xəbərlər
17:58 24.12.2012
940

Gürcüstan prezidenti Mixeil Saakaşvili dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

AZXEBER.COM-un məlumatına görə, prezidentin mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir ki, M. Saakaşvili İ. Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Dövlət başçısı təbrikə və diqqətə görə minnətdarlığını bildirib.

İordaniyanın Kralı II Abdullah və Ukraynanın prezidenti Viktor Yanukoviç də ad günü münasibətilə prezident İ. Əliyevə təbrik ünvanlayıblar. 

OXŞAR XƏBƏRLƏR