Bu gün Azərbaycan milli komandası Avro-2012-in seçmə mərhələsində növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, bu il son ev matçına çıxacaq Berti Foqtsun yetirmələri uğurlu çıxışını Avstriya ilə görüşdə davam etdirməyə çalışacaq. Ötən ay Bakıda keçirilən 2 ev oyununda 4 xal qazanan millilərimiz növbəti dəfə qalib gələrsə, turnir cədvəlində vəziyyətini yaxşılaşdıracaq. Bu zaman Avstriyanı 1 xal geridə qoyacaq yığmamız 4-cü pilləyə yüksələcək ki, hələ futbol tariximizdə buna nail olmamışıq. Cari seçmə mərhələni 4 gün sonra Türkiyə ilə görüşlə bitirəcək Foqtsun komandası öz meydanında son oyununda azarkeşləri sevindirməlidir. Özü də bunu adət etdiyimiz Tofiq Bəhramov adına Respublika stadionunda yox, yeni açılan “Dalğa Arena”da gerçəkləşdirmək lazımdır. Bu stadionda ilk rəsmi görüşünə çıxacaq millimiz debütünü yaxşı qeyd etməlidir. Avro-2012-in seçmə mərhələ oyunu7 oktyabr21:00. AZƏRBAYCAN – AVSTRİYABaş hakim: Stefan Studer (İsveçrə) Hakim-köməkçilər: Manuel Navarro, Sandro Pozzi və Alan Byeri (hamısı İsveçrə) Hakim-inspektor: Luciano Luci (İtaliya) UEFA nümayəndəsi: Oleq Harlamov (Estoniya) Bakı. “Dalğa Arena” stadionuAZƏRBAYCAN: Kamran Ağayev, Saşa Yunisoğlu, Elnur Allahverdiyev, Rəşad Sadiqov, Vaqif Cavadov, Rauf Əliyev, Vurğun Hüseynov, Rəşad Sadıqov (k), Ruslan Abışov, Ufuk Budak, Əfran İsmayılov.Ehtiyat oyunçular: 23. Andrey Popoviç, 2. Rail Məlikov, 8. Aleksandr Çertoqanov, 10. Branimir Subaşiç, 17. Vüqar Nadirov, 19. Rahid Əmirquliyev, 21. Vladimir Levin.AVSTRİYA: 1. Paskal Qrünvald, 2. Aleksandar Draqoviç, 5. Kristian Fuks, 6. Andreas İvanşiç, 7. Marko Arnautoviç, 8. David Alaba, 13. Ekrem Daq, 14. Yulian Baumqartlinqer, 15. Sebastyan Predl, 16. Paul Şarner, 21. Mark Yanko (k)