Saatlıda 10 yaşlı uşağı maşın vurdu

Saatlıda 10 yaşlı uşağı maşın vurdu
Bütün Xəbərlər
13:22 04.10.2014
1886

Cinayət işi açılıb, istintaq aparılır.

Saatlı rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Saatlı rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Saatlı şəhərindən keçən dəmiryol xəttinin yaxınlığında qeydə alınıb.

Saatlı şəhər sakini, 2004-cü il təvəllüdlü Heydərov Mirspən Adil oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.

M. Heydərov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sürücü hadisə yerindən qaçıb. Hazırda Saatlı rayon Polis Şöbəsinin əməliyyat qrupu hadisə yerindən yayınan sürücünün və avtomobilin axtarışlarını davam etdirir.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

OXŞAR XƏBƏRLƏR