Saatlının Mollavazlı və Bəylər kəndləri içməli su ilə təmin olundu

Saatlının Mollavazlı və Bəylər kəndləri içməli su ilə təmin olundu
SOSİAL
16:03 03.12.2025
119
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu işlərin davamı olaraq, Saatlı rayonunun Mollavazlı və Bəylər kəndlərində içməli su layihəsinin açılış mərasimi keçirilib. 

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Bildirilib ki, hazırda bir çox bölgələrdə əhalinin içməli və suvarma suyu ilə təminatı istiqamətində böyük layihələr icra olunur. Bu layihələr növbəti illərdə də davam etdiriləcək. Əsas məqsəd kəndlərdə yaşayan əhalinin dayanıqlı və keyfiyyətli içməli, eləcə də suvarma suyu ilə təmin olunmasıdır. 

Məlumat verilib ki, Saatlı rayonu, Mollavazlı və Bəylər kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədi ilə şəhərin mövcud su təchizatı sisteminin imkanlarından istifadə etməklə kənddaxili şəbəkə sistemi inşa edilib. Mollavazlı kəndinin mövcud su şəbəkəsinin genişləndirilməsi məqsədilə uzunluğu 7 km su şəbəkəsi inşa olunub və ümumilikdə abonentlərin sayı 350-yə çatdırılıb. 

Eyni zamanda Bəylər kəndində də uzunluğu 4 km su şəbəkəsi inşa olunub və ümumilikdə abonentlərin sayı 296 çatdırılıb. Ümumilikdə hər iki kənd üzrə əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədi ilə hər bir abonent su sayğacları ilə təchiz edilib. Layihə çərçivəsində Mollavazlı və Bəylər kəndi üzrə 3790 nəfər əhali mərkəzləşdirilmiş su təchizatı sistemi ilə təchiz edilib.

Qeyd edək ki, Saatlı şəhərinin mövcud su təchizatı sistemi Kür Su Təmizləyici Qurğusundan magistral su kəmərləri vasitəsilə təmin olunur. Şəhərin 11.7 km olan magistral su kəməri, 136 km olan daxili paylayıcı şəbəkə, 1 meydançada həcmi 2x5000 m3 olan su anbarlar kompleksi və 1 ədəd mərkəzi su nasos stansiyası istismar olunur. Şəhərin ümumi abonent sayı 4498, kənd abonentinin sayı isə 1281 təşkil edir. Ümumi olaraq 5779 abonentə xidmət göstərilir. Rayon üzrə 11 yaşayış məntəqəsinə mərkəzləşmiş su təchizat xidməti göstərilir. Həmçinin 26 kənddə modul tipli içməli su təmizləyici qurğular olmaqla bulaqlar vasitəsilə su təminatı həyata keçirilir.

2026-cı il ərzində layihənin davamı olaraq rayonun Əlisoltanlı, Potubəyli kəndlərində mərkəzləşdirilmiş su şəbəkəsinin və sayğacların quraşdırılması işləri və həmçinin su təminatı zəif olan Nabat və Çolpı kəndlərinin su təminatı məqsədilə 2026-2027-ci illərdə su təchizatı sisteminin layihə sənədlərinin hazırlanması və tikintisi işlərinin icrası planlaşdırılır.

Sonda kənd ağsaqqalları göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, layihənin icrasında əməyi olan hər kəsə və bu sahədə çalışan əməkdaşlara təşəkkür ediblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
03:15 19.09.2026
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
02:37 19.09.2026
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər