Sabah 28˚ isti olacaq

Sabah 28˚ isti olacaq
Bütün Xəbərlər
13:15 30.04.2015
787
Mayın birində ölkə ərazisində mülayim hava müşahidə olunacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 1-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq, şimşək çaxacaq, gündüz əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 8-13˚, gündüz 19-24˚ isti olacaq.Mayın 1-də Azərbaycanın bölgələrində də şimşək çaxacaq, qısamüddətli yağış yağacaq, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
OXŞAR XƏBƏRLƏR