Respublika ərazisində yaxın bir neçə günə proqnozlaşdırılan əlverişli hava şəraiti kənd təsərrüfatı bitkilərinin vegetasiyasını sürətləndirəcək. Torpağın şum qatında temperaturun 18-21 dərəcəyədək yüksəlməsi səpilmiş çiyidin, qarğıdalının cücərməsinə müsbət təsir edəcək. Belə hava şəraiti əksər aran rayonlarında payızlıq dənli bitkilərin sünbülləməsi, meyvə ağaclarında meyvələrin böyüməsi, bostan və tərəvəz bitkilərinin əkilməsi, coxillik otların inkişafı üçün əlverişli olacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında mayın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq.