Bu gün ölkə ərazisində müşahidə edilən küləyin sürəti sabah gündüzdən etibarən mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, iyunun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Abşeron yarımadasında havanın temperaturu gecə 20-24˚, gündüz 30-35˚ isti olacaq.
Azərbaycanın rayonlarında da iyunun 23-də hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam dağlıq rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu aran rayonlarında gecə 20-25˚, gündüz 34-39˚, dağlarda gecə 13-18˚, gündüz 25-30˚ isti olacaq.