Sabah 5 dərəcə şaxta olacaq

Sabah 5 dərəcə şaxta olacaq
Bütün Xəbərlər
16:58 11.12.2013
890

Azərbaycanın rayonlarında sulu qar, qar yağacağı gözlənilir

Sabah hava şəraitinin soyuq, güclü küləkli, arabir yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə və gündüz 0-3 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında dekabrın 12-də hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 8-13, bəzi yerlərdə 18, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
OXŞAR XƏBƏRLƏR