Sabah Azərbaycanda hava necə olacaq?

Sabah Azərbaycanda hava necə olacaq?
Bütün Xəbərlər
12:55 28.08.2013
954

Bakı və Abşeron yarımadasında avqustun 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 19-24, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında avqustun 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi  əsəcək. 

Havanın temperaturunun gecə 20-25, gündüz 33-38,  dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

 

OXŞAR XƏBƏRLƏR