Sabah Azərbaycanda yollar buz bağlayacaq

Sabah Azərbaycanda yollar buz bağlayacaq
Bütün Xəbərlər
15:12 11.01.2013
1427
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında yanvarın 12-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir.AZXEBER.COM-un məlumatına görə, mülayim qərb, cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-3 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. Yanvarın 11-dən 12-nə keçən gecə və səhər şəhərətrafı yollar buz bağlayacaq.Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.
OXŞAR XƏBƏRLƏR