Sabah Bakıya qar yağacaq

MARAQLI
13:47 14.02.2011
1917
Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Sabah Bakı və Abşeron yarımadasında cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 4-7 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 15-də hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta təşkil edəcək.


OXŞAR XƏBƏRLƏR