Sabah Bakıda yağış yağacaq - PROQNOZ

Sabah Bakıda yağış yağacaq -  PROQNOZ
Bütün Xəbərlər
14:44 30.09.2013
916
Oktyabrın 1-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, oktyabrın 2-si və 3-ü axşamadək normadan aşağı atmosfer təyziqi fonunda arabir güclənən giləvar küləyi əsasən əlverişsizdir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, oktyabrın ilk günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, əsasən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-17, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR