“Azərsu” abonentlərdən üzr istəyir.
Aprelin 7-də saat 09:00-dan etibarən gün ərzində Bakının Xocalı prospekti, Xəqani Rüstəmov, Mehdi Mehdizadə, Nəcəfqulu Rəfiyev küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
AZXEBER.COM -a bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Qeyd edək ki, suyun verilməsində məhdudiyyətin yaranması “Ağ şəhər” yaşayış massivinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Bakı şəhəri Xətai rayonu Xəqani Rüstəmov küçəsindən keçən magistral su xətti üzərində yenidənqurma işlərinin aparılması ilə bağlıdır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.