“Azəriqaz” məlumat yaydı.
Sabah saat 10:00-dan 18:00-dək Hacıqabul, Siyəzən və Ağdaş magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Bu barədə “Azəriqaz” İB-dən AZXEBER.COM-a bildirilib.
“Təmir müddətində Hacıqabul rayonunun Atbulaq və Qızılburun kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Qobustan, Qusar, Yevlax və Ucar rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür”, - deyə “Azəriqaz” dan deyilib.