Sabah bu rayonda qazın verilməsində fasilə olacaq

Sabah bu rayonda qazın verilməsində fasilə olacaq
SOSİAL
20:34 22.07.2026
195
Sabah Biləsuvar rayonunda təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

AZXEBER.COM xəbər verir ki, iyulun 23-də rayon ərazisində yeni çəkilmiş qaz xətlərinin mövcud kəmərlərə birləşdirilməsi işləri həyata keçiriləcək.

Bununla əlaqədar sabah saat 09:00-dan başlayaraq işlər yekunlaşanadək Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan 16086 abonentin təbii qaz təchizatı dayandırılacaq.
OXŞAR XƏBƏRLƏR