"Sabah" Çempionlar Liqasına vəsiqə qazansa, ən az 18 milyon avro əldə edəcək

"Sabah" Çempionlar Liqasına vəsiqə qazansa, ən az 18 milyon avro əldə edəcək
İDMAN
16:35 12.08.2026
287
UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn "Sabah" artıq Avropa turnirlərində 9 milyon avroya yaxın gəlir əldə etməyi təmin edib.
 
AZXEBER.COM xəbər verir ki, Azərbaycan çempionu əgər Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazansal, əldə edəcəyi mükafat məbləği əhəmiyyətli dərəcədə artacaq.
 
"Sabah" pley-off mərhələsində "Hapoel" səddini də keçəcəyi təqdirdə, qazancı kəskin şəkildə artacaq. Bu halda Azərbaycan çempionunun minimum gəliri 20.17 milyon avro təşkil edəcək. Komanda Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandığı üçün 18.62 milyon avro əldə edəcək. Əsas mərhələdə bütün oyunları uduzaraq 36-cı yeri tutacağı halda daha 275 min avro, reytinq və yayım bazarı ilə bağlı ödənişlərdən isə ən azı daha 1.28 milyon avro qazanacaq.
OXŞAR XƏBƏRLƏR