Sabah havanın temperaturu 28 dərəcəyə yüksələcək

Sabah havanın temperaturu 28 dərəcəyə yüksələcək
Bütün Xəbərlər
13:41 16.10.2012
959
Oktyabrın 17-də Abşeron yarımadasında hava şəraiti sabit, mülayim keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-18, gündüz 23-27 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR