Sabah İsmayıllı qazsız qalacaq

Sabah İsmayıllı qazsız qalacaq
Bütün Xəbərlər
18:56 11.09.2015
861
“Azəriqaz” məlumat yaydı.
Sabah Hacıqabul magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
Bu barədə AZXEBER.COM-a “Azəriqaz” İB-dən bildirilib.
“Azəriqaz” qeyd edib ki, sentyabrın 14-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Kürdmaşı” Qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində İsmayıllı rayonunun Habit, Qarakollar, Aşıqbayram, Ustal, Mollauşaq, Hardamalı, Kürtelli, Qaçqınlar və Kürdmaşı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
OXŞAR XƏBƏRLƏR