“Sabah” “Lester”in futbolçusunu transfer etdi

“Sabah” “Lester”in futbolçusunu transfer etdi
İDMAN
23:58 04.08.2026
228
"Sabah" İngiltərədən futbolçu transfer edib.

"Bayquşlar" "Lester"in futbolçusu Hamza Çodurini heyətinə qatıb.

28 yaşlı banqladeşli futbolçu bir neçə müddətdir gedən danışıqlardan sonra "Sabah"la anlaşıb. Ötən mövsüm "Şeffıld Yunayted"də icarə əsasında forma geyinən Hamza "Uotford"da da çıxış edib.

"Lester" çempion olarkən - 2015/16 mövsümündə 21 yaşadək kollektivdə mübarizə aparan futbolçu bu ölkədə 3 dəfə titul qazanıb. 2021-ci ildə İngiltərə Kubokunu, 2021/22 mövsümündə Super Kubokunu və 2023/24 mövsümündə çempionşipin qalibi olub. 

Qeyd edək ki, Hamza Çodurinin 4 milyon avro "transfermarkt" dəyəri var.

/Offsideplus.az
OXŞAR XƏBƏRLƏR