Sabah ölkə ərazisində havanın temperaturu 34 dərəcəyə yüksələcək

Sabah ölkə ərazisində havanın temperaturu 34 dərəcəyə yüksələcək
Bütün Xəbərlər
14:29 01.10.2012
1021
Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 17-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti olacaq.
Biometeoroloji amillərin normal sutkalıq gedişi, o cümlədən temperatur rejiminin oktyabr ayı üçün bir qədər yüksək olması meteohəssas insanlar üçün əlverişlidir.
OXŞAR XƏBƏRLƏR