"Sabah" - "Orhus" oyununun bütün biletləri satıldı

"Sabah" - "Orhus" oyununun bütün biletləri satıldı
İDMAN
14:15 11.08.2026
301
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakıda baş tutacaq "Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb.

Bu barədə AZXEBER.COM-a klubun mətbuat xidmətindən bildirilib.

Həmçinin azarkeşlərə stadiona girişdə sıxlığın qarşısını almaq və rahat şəkildə tribunalarına keçmək üçün oyuna ən azı 2 saat əvvəl gəlmələri ilə bağlı müraciət olunub.

Qeyd edək ki, "Sabah" – "Orhus" matçı bu gün, saat 20:00-da 8700 tamaşaçı tutumuna malik "Bank Respublika Arena"da start götürəcək. Tərəflər arasında Danimarkada baş tutan ilk görüşdə "Orhus" 2:1 hesablı qələbə qazanıb.
OXŞAR XƏBƏRLƏR