"SABAH proqramı çərçivəsində ilk dəfə doktorantura modeli tətbiq olunacaq".
AZXEBER.COM xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransı zamanı deyib.
2026–2027-ci tədris ilindən etibarən ölkədə ilk dəfə SABAH tədris əsaslı doktorantura modelinin tətbiqinə başlanılacaq. Yeni model çərçivəsində doktorantlara ali məktəblərdə elmi-pedaqoji fəaliyyət göstərmək imkanı yaradılacaq və onlar yüksək məbləğdə təqaüdlə təmin olunacaqlar.
Bununla yanaşı, 2026–2027-ci tədris ilində SABAH proqramının əhatə etdiyi ali təhsil müəssisələrinin sayı 13-dən 19-a, ixtisasların sayı isə 33-dən 46-ya yüksəlib. Tələbə kvotası da artırılaraq 2 484-dən 2 620-yə çatdırılıb.
Şahanə











































