Sabah Türkiyədə parlament seçkilərdir

Sabah Türkiyədə parlament seçkilərdir
Bütün Xəbərlər
06:00 11.06.2011
1470

Baş nazir Rəcəp Tayyib Ərdoğan hakim partiyasının konstitusiyada dəyişiklik etmək imkanı yaradacaq parlamentdəki yerlərin üçdə ikisini əldə edəcəyinə ümid bəslədiyini bildirir. AKP-dən namizəd Volkan Bozkir yeni konstitusiyada Türkiyənin şərq bölgəsində müstəqillik mübazirəsi aparan kürdlərin də hüquqlarının nəzərə alınacağını deyib. Ərdoğanın tənqidçiləri onu özunun rəhbərliyi ilə prezidentli bir rejimin təsis edilməsingə günahlandırır. Onun onsuz da hakimiyyətindən hədsiz dərəcədə istifadə etdiyi və ölkəni dünyəviçilikdən yayındırdığı haqda ittihamlar irəli sürülür.

Namizədlərdən 7492 nəfəri siyasi partiyaların təmsilçiləridir, 203 namizəd isə seçkilərə müstəqil şəkildə qatılır. Parlament seçkilərində 50 milyon 189 min 930 seçici 85 seçki dairəsi üzrə 199207 seçki məntəqəsində səs verəcək. Xarici ölkələrdə olan 2,568,977 seçici isə mayın 10-dan etibarən 25 gömrük keçid məntəqəsində səs verirlər. Seçkilərdə İstanbuldan 3 seçki bölgəsi üzrə 85, Ankaradan 2 seçki bölgəsindən 31, İzmirdən isə 2 seçki dairəsindən 16 millət vəkili seçiləcək.

Seçkilər Türkiyənin 32 vilayətində Bakı vaxtı ilə saat 9-da başlayıb, 6-da bitəcək. Digər seçki bölgələrində isə səsvermə saat 10-19 radələrində gerçəkləşəcək. Seçkilərdə əsas mübarizənin hakim AKP, müxalifətdə olan CHP və MHP, həmçinin seçkilərdə müstəqil namizədlərlə qatılan BDP-nin yaratdığı seçki bloku arasında gedəcək. Digər partiyaların 10 faizlik seçki baryerini aşması real görünmür.

/// faktxeber

OXŞAR XƏBƏRLƏR