Sabah “Təmiz Dünya”nın tədbiri olacaq

Sabah “Təmiz Dünya”nın tədbiri olacaq
Bütün Xəbərlər
22:38 14.09.2011
1556
Sentyabrın 15-də Azərbaycan Media Mərkəzində “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyi tədbir təşkil edəcək. Media Mərkəzindən AZXEBER.COM-a verilən məlumata görə, son dövrlərdə artan ailədaxili zorakılıq nəticəsində törədilən qətllər, zorakılıqla üzləşmiş azyaşlı uşaqların fiziki və psixoloji vəziyyəti cəmiyyətdə və mətbuatda böyük həyəcana səbəb olur. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin keçirəcəyi tədbirdə, zorakılıqla mübarizədə ictimai qınağın, polislə birgə işin müsbət effekt verə biləcəyindən danışılacaq. Ailədaxili zorakılığın, buna səbəb olan vəziyyətlərin aradan qaldırılmasına yardım məqsədi ilə sosial mərkəzlərin açılmasının vacibliyi ,həmin mərkəzlərə işçilərin hazırlanması qeyd olunacaq.
OXŞAR XƏBƏRLƏR