Sabah "Xoca" Nizami Kino Mərkəzində tamaşaçılara pulsuz göstəriləcək

MƏDƏNİYYƏT
17:30 25.02.2013
1410
26 fevral - Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı Nizami Kino Mərkəzində Vahid Mustafayevin "Xoca" filmi nümayiş etdiriləcək. 
Xocalı faciəsindən bəhs edən film sabah gün ərzində kinoteatrın bütün zallarında tamaşaçılara təqdim olunacaq. Arzu edənlər bütün seanslarda - 11:00, 13:20, 15:40, 18:00, 20:00 seanslarında "Xoca"nı izləyə bilərlər. Seanslara giriş sərbəstdir. Yəni filmin nümayiş pulsuz olacaq.
Sevgi və müharibə mövzusunu özündə cəmləşdirən "Xoca" filminin qısa məzmunu belədir: İki gənc – Əliəkbər və Günel ərizə verib, Bakıda nikah növbəsinə dayanırlar. Nikah və toy mərasimini 1992-ci il fevral ayının 25-də keçirmək qərara alındıqdan sonra kəşfiyyat zabiti Əliəkbər dərhal xidmət etdiyi Xocalıya qayıdır.Toy təyin edilən gün bəy libasında Bakıya yollanan Əliəkbər, döyüşçü dostları Yura Çyornıy və Arzu, eləcə də Əliəkbərin ailə üzvləri, Xocalının ermənilər tərəfindən mühasirəyə alındığını görür. Əliəkbər çətin seçim qarşısında qalır, Bakıya toya getsin və ya dostları ilə şəhəri və əhalini müdafiə etsin. Bu sualın cavabını isə onun ürəyi verir...

OXŞAR XƏBƏRLƏR