Sabah gündüzdən Azərbaycan ərazisində yağış kəsəcək, temperatur isə ötən günlərlə müqayisədə bir qədər yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 21-dən 22-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı gözlənilir.
Mülayim şimal küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 14-17, gündüz 22-27 dərəcə isti olacaq.
Mayın 22-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağış gündüz tədricən kəsəcək. Şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacaq.