Sabahdan Azərbaycan hava şəraiti nisbətən dəyişəcək, martın 18-ə kimi temperatur ötən günlərlə 4-6 dərəcə müqayisədə enəcək, ölkədə yağıntılı hava şəraiti müşahidə olunacaq. Temperatur əsasən martın 16-sı və 17-si enəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında martın 15-də hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecəyə doğru bəzi yerlərdə yağış yağma ehtımalı var. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.Bakıda və Abşeron yarımadasında martın 15-də havanın temperaturu gecə 3-5, gündüz 7-11 dərəcə isti olacaq.Azərbaycan rayonlarında gecə və axşam saatlarında bəzi yerlərdə havanın yağıntılı keçəcəyi gözlənilir. Qərb küləyi arabir güclənəcək.