Sabahdan havanın temperaturu yüksələcək

Sabahdan havanın temperaturu yüksələcək
Bütün Xəbərlər
13:00 02.11.2012
1088
Qısa müddətə dəyişən küləkli və nisbətən soyuq hava şəraitindən sonra noyabrın 3-ü səhər saatlarından başlayaraq küləyin zəifləyəcəyi, havanın temperaturunun 3-5 dərəcə yüksələcəyi gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, noyabrın 2-dən 3-nə keçən gecə Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 12-15, gündüz 15-20 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında noyabrın 3-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin Lənkəran-Astara zonasında qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.
OXŞAR XƏBƏRLƏR