Sabiq prezident Santyaqo Penya ev dustağı edilib

Sabiq prezident Santyaqo Penya ev dustağı edilib
DÜNYA
08:25 07.11.2026
103
Paraqvayın keçmiş prezidenti, impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılan Santyaqo Penya ev dustaqlığındadır.

AZXEBER.COM "ABC Color" qəzetinə istinadən xəbər verir ki, sabiq dövlət başçısının dindirilməyə noyabrın 7-də Bakı vaxtı ilə saat 18:00-da gətirilməsi planlaşdırılır.

Daha əvvəl Paraqvay Senatı "Ueno Bank" bankı ətrafındakı qalmaqal fonunda Penyanın vəzifəsindən uzaqlaşdırılmasına səs verib. Bundan sonra vitse-prezident Pedro Alyana yeni dövlət başçısı kimi and içib.
OXŞAR XƏBƏRLƏR