Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Dünya Azərbaycanlıları Konqresinini sədri, millət vəkili Sabir Rüstəmxanlı Türkiyənin Bengitürk televiziyasında verilişlərdən birinin qonağı olub, “Həmrəylik günü”nün tarixindən danışıb. DAK sədri 1988-ci ildə yaşanan hadisələr haqqında öz xatirələrini bölüşüb. “Millət 150 ildən çox münasibətləri yasqlayan siyasi sərhədləri aradan qaldırıb. O zaman Bakıya Naxçıvandan və Cəlilabaddan topa- topa tikanlı məftillər gətirib bizlərə paylayırdılar. Mən yazmışdım ki, görüşlərdə bir şair olaraq çiçək dəstələri aldım, amma bu tikanlı məfti laldığım o çiçək dəstələrindən çox dəyərlidir. Çünki, bu, millətimin arasından sərhədlərin götürülməsi deməkdir”.