Sabir Rüstəmxanlı beynəlxalq mükafata layiq görüldü

Sabir Rüstəmxanlı beynəlxalq mükafata layiq görüldü
MƏDƏNİYYƏT
18:01 03.11.2020
1694

Türk Ədəbiyyatı Fondu tərəfindən təsis olunan 2020-ci ilin ödüllərinin təqdimat mərasimi keçirilib.

 

AZXEBER.COM xəbər verir ki, mükafatlandırılanlar sırasında xalq şairi Sabir Rüstəmxanlı da var.

Mükafatlar sahiblərinə Fondun rəhbəri Serhat Kabaklı tərəfindən təqdim olunub. Sabir Rüstəmxanlı nüfuzlu beynəlxalq ödülə türk mədəniyyətinə göstərdiyi xidmətlərinə, milli ruh və düşüncəsinə, eləcə də Azərbaycan və türk dünyasında məşhur olan əsərlərinə görə layiq görülüb.

OXŞAR XƏBƏRLƏR