Sabir Rüstəmxanlı həyatı ilə bağlı təhlükə olduğunu söylədi

Sabir Rüstəmxanlı həyatı ilə bağlı təhlükə olduğunu söylədi
Bütün Xəbərlər
11:44 30.12.2012
1382

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Sabir Rüstəmxanlının mühafizəsinin təmin edilməsi üçün prezident İlham Əliyevə və daxili işlər naziri Ramil Usubova müraciət edib. Bu haqda VHP-nin mətbuat xidmətindən məlumat yayılıb.  Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məsələyə baxılacağını deyib: “Belə məktub varsa, məktubda qaldırılan məsələlər araşdırılıb müvafiq cavab veriləcək və tədbir görüləcək”. Hazırda İstanbuldakı xəstəxanaların birində müalicə olunan S.Rüstəmxanlı deyib ki, əvvəllər də barəsində təhdidlər olub: “Onların hansı fəndlərlə, hansı yollarla barəmdə ölüm fitvası çıxardıqlarını bilirsiniz. Hətta mənim demədiyim şeyləri də adımdan öz mətbuatlarında yazırlar. İran Azərbaycanı haqda elə bir hay-küy yaradırlar ki, guya İranda Azərbaycan deyilən yer, azəri türklər yoxdur, iranlı deyilən xalq var. Düzü, mən özüm təhlükəsizliyimlə bağlı hər hansı bir orqana müraciət etməmişəm. Partiyadan DİN-ə yazıblar.  Bilirəm ki, bu müraciətdən sonra Bakı Şəhər Baş Polis İdarəsindən məni axtarıb, müraciətin hansı zərurətdən yaranması ilə maraqlanıblar. Ancaq mən ölkədə olmadığımdan edilən müraciətlə bağlı partiyadan dəqiq bir şey deyə bilməyiblər. Hər halda müraciətlə maraqlanıblar, ölkəyə qayıtdıqdan sonra, yəqin ki, özüm də maraqlanıb məsələni yoluna qoyacam”. Bununla belə, S.Rüstəmxanlı İrandan özünə qarşı daim təhdid hiss etdiyini də dilə gətirib: “Hər halda bu təhdidləri hiss edirəm. Bir neçə il öncə Nardaranda İrana bağlı müəyyən dairələr mənim ölümümə fitva vermişdi. Məni açıq-aşkar düşmən elan edirlər”./musavat.com/

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb