Sabirabad rayon əhalinin sosial müdafiəsi mərkəzi 20 yaşlı gəncə yardım etdi

Sabirabad rayon əhalinin sosial müdafiəsi mərkəzi 20 yaşlı gəncə yardım etdi
Bütün Xəbərlər
17:20 28.12.2013
2368
Dünən AZXEBER.COM xəbər portalında yayımlanan şikayət məktubuna reaksiya gəlib. 
Məlumatda qeyd olunurdu ki, 1993 ci-il təvəllüdlü Muradov Azad İlqar oğlu 11 ildir ki, miyopatiya (əzələ) xəstəliyindən əziyyət çəkir və gəncin Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinin Sabirabad rayon şöbəsindən ünvanlı sosial yardım almaq üçün dəfələrlə müraciət etdiyini, ancaq heç bir nəticə vermir.
Məsələylə bağlı AZXEBER.COM-a açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabirabad rayon əhalinin sosial müdafiəsi mərkəzinin direktoru Xalid Məmmədov deyib ki, gəncin problemi artıq bir neçə aydır ki, həll olunub: Ailə oktyabr ayının 1-dən hər ay 107.03 azn məbləğdə ünvanlı sosial yardım alır. Nazirliyin saytında da bu haqda məlumat yerləşdirilib. Ünvanlı yardım müraciətçinin atası Muradov İlqar Mirzəxan oğlunun adına təyin olunub. 
Xalid müəllim həmçinin qeyd etdi ki, saytdakı yazıdan sonra yenidən şikayətçinin ailəsi ilə görüşüb: Sizin saytda gedən yazıdan sonra yenidən müraciətçinin atası ilə görüşdüm. Atası cavab verdi ki, oğlunun başında xəstəliklə bağlı problem var və bu səbəbdən bir neçə ay öncəki məktubu yenidən KİV-lərə göndərib.
Xalid Məmmədov həmçinin onu vurğulayıb ki, Sabirabadda heç bir şikayətçi cavabsız qalmır və problemin operativ şəkildə həlli istiqamətində işlər aparılır. 
OXŞAR XƏBƏRLƏR