Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon prokurorluğundan verilən məlumatda bildirilir ki, hadisə bu gün Sabirabadın “Qarasu” adlanan fermasında baş verib. Fermada çobanlıq edən Səyyad Rəhimov əlindəki ov tüfəngi ilə özünə atəş açıb. Çoban yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib. Hələlik intiharın səbəbi məlum deyil.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.