9 avqust tarixində Milli Məclisin deputatı Ceyhun Osmanlının təşəbbüsü ilə 63 saylı Sabirabad birinci seçki dairəsindən olan maddi imkanları olmayan ailələr Ramazan bayramı münasibəti ilə təbrik edilib.
AZXEBER.COM-un məlumatına görə, dairənin tərkibində olan şəhər mərkəzi və 19 kənd gəzilərək tam əhatə olunub. Bayram münasibətilə onlarla ailəyə və o cümlədən yaşlı, tənha, kimsəsiz və maddi imkanları məhdud olan sakinlərə bayram sovqatı hədiyyə edilib.
Sakinlər də təşəbbüsü sevinc hissi ilə qarşılayıb, diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.







