Sabirabadda məktəb direktoru işdən çıxarıldı

Sabirabadda məktəb direktoru işdən çıxarıldı
SOSİAL
17:19 26.11.2025
113
Sabirabad rayonu Əsgər Şərbətov adına Çiçəkli kənd tam orta məktəbinin direktoru Bayram Qasımov vəzifəsindən azad edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Oxu.az-a Mil-Muğan Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, sözügedən məktəbdə qurum tərəfindən monitorinqlər aparılıb.

Aparılan monitorinqdən sonra məktəbin direktoru Bayram Qasımovun fəaliyyətində nöqsanlar aşkar edilib, bununla əlaqədar olaraq onun əmək müqaviləsinə xitam verilməsi üçün müvafiq əmr imzalanıb.
OXŞAR XƏBƏRLƏR