Sabirabadda üçəm doğuldu: Mehriban, Leyla, Arzu

Sabirabadda üçəm doğuldu: Mehriban, Leyla, Arzu
Bütün Xəbərlər
14:22 22.04.2015
1547
Körpələrin vəziyyəti normaldır.
Sabirabad rayonunda üçəm doğulub.
AZXEBER.COM  xəbər verir ki, Sabirabad rayon Perinatal Mərkəzindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Saatlı rayonunun Qırağlı kənd sakini, 1991-ci il təvəllüdlü Həmzəyeva Afaq Rahil qızı ötən gün mərkəzdə üç qız dünyaya gətirib.
Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn uşaqların çəkisi 3,1, 3,0 və 2,8 kiloqramdır.
Valideynləri uşaqlara Mehriban, Leyla və Arzu adları qoyublar. Körpələrin vəziyyətinin normal olduğu bildirilib.
OXŞAR XƏBƏRLƏR