Şabran üçün əlavə 2 milyon manat ayrıldı

Şabran üçün əlavə 2 milyon manat ayrıldı
Bütün Xəbərlər
00:39 26.07.2013
805

Vəsait Prezidentin ehtiyat fondundan ayrılıb.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Şabran rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam verib. AZXEBER.COM prezidentin rəsmi saytına istinadən bildirir ki, sərəncamla Şabran rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Şabran rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

OXŞAR XƏBƏRLƏR