Şabranda toyda qan düşdü

Şabranda toyda qan düşdü
Bütün Xəbərlər
13:38 20.09.2015
1681
Bıçaqlanan şəxs yol kənarına atılıb.
Ötən gün axşam saatlarında Şabran rayonunun Padar kəndində keçirilən toy mərasimində bıçaqlanma hadisəsi baş verib.
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü rayon sakini Zülfüqar Əlyulla oğlu Cəfərov qarın boşluğundan bıçaq zərbəsi alıb.
Şabran Rayon Mərkəzi Xəstəxanasının cərrah həkimi Qürbət Niftəliyev, bıçaqlanan şəxs yol kənarından tapılıb.
İlkin məlumatlara görə, o toyda bıçaqlandıqdan sonra yol kənarına atılıb. Dərhal cərrahiyə otağına alınan Zülfüqar Cəfərovun vəziyyəti orta ağırdır.
Hadisə yerinə Şabran rayon Polis şöbəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR