Şabranda və Qubada Ahıllar Günü qeyd edilib

Şabranda və Qubada Ahıllar Günü qeyd edilib
MƏDƏNİYYƏT
15:40 02.10.2013
1622

Ötən gün Qızıl Aypara Cəmiyyətinin təşəbbüs və təşkilatçılığı, eləcə də 12 May Şirkətinin təşkilatçılığı və sponsorluğu ilə Beynəlxalq Ahıllar Günü münasibəti ilə Şabran və Quba rayonlarının ağsaqqal və ağbirçəkləri ilə görüş keçirilib. Təşkilatçılar öncə Şabran rayonunda yerləşən Ağsaqqallar Evində düzənlənmiş tədbirdə iştirak ediblər. Tədbirə rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov, icra hakiminin birinci müavini Mehdi Balabəyov, ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Fikrət Nuşiyev 12 May şirkətinin prezidenti Hacı Səbuhi Rəcəb, şirkətin direktoru Pərviz Əzimzadə, Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Əziz Qocayev, cəmiyyətin icmaların inkişafı sektorunun rəhbəri Emil Seyidəliyev rayon ağsaqqal və ağbirçəkləri qatılmışdılar.

Tədbiri giriş sözü ilə Rayon Ağsaqqallar Şurasının sədri Bəhlul Abbasov açaraq prezident İlham Əliyevin ölkə ahıllarına göstərdiyi qayğı və diqqətdən, eləcə də rayon icra hakimiyyətinin ahıl sakinlər üçün yaratdığı şəraitdən, diqqətdən söz açıb. Sonra rayonun ağsaqqalları – sosialist əməyi qəhrəmanı, Prezident təqaüdçüsü Qərib Orucov, təqaüdçülər Güləli Binəliyev, Rahib Aslanov çıxışlarında ahıllara göstərilən qayğıdan danışıblar.

Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Əziz Qocayev, eləcə də 12 May şirkətinin prezidenti Hacı Səbuhi Rəcəb çıxışlarında rayon ahıllarını bayram münasibətilə təbrik ediblər. Hacı Səbuhi Rəcəb çıxışında 12 May şirkətinin yaranması, məqsədi haqda ahıllara məlumat verib və belə bir tədbirdə çıxış etdiyi üçün məmnunluq duyduğunu bildirib. Daha sonra İcra hakimi Novruz Novruzov ahılları təbrik edib, ölkə prezidentinin ahıllara olan diqqətindən söz açıb.

Çıxışların ardından tədbirin bədii hissəsi başlayıb. Bədii hissədə tanınmış tarzən və şair Məmməd Ağasıyev, əməkdar artist Almaz Ələsgərova və gənc müğənni Nəsimi Məmmədov musiqi nömrələri ilə çıxış ediblər. Tədbirdə iştirak edən ahıllara 12 May şirkəti və Qızıl Aypara Cəmiyyətinin gətirdikləri sovqatlar hədiyyə edilib.

Təşkilatçılar sonra Quba rayonunda Ahıllar Günü münasibətilə düzənlənmiş tədbirə qatılıblar. Tədbirə Quba rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Yusif Abidov və başqaları qatılmışdılar. Rəsmi çıxışlardan sonra paytaxtdan təşrif buyurmuş adları yuxarıda qeyd olunmuş sənətçilər, eləcə də müğənnilər Aslan Hüseynov və Sevda Kazımova ahıllar qarşısında konsert proqramı ilə çıxış ediblər. Tədbirin sonunda ahıllara ərzaq sovqatları paylanıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif
15:14 04.06.2026
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif