Şad xəbər - Metronun 5 stansiyası açıldı

Şad xəbər - Metronun 5 stansiyası açıldı
Bütün Xəbərlər
12:23 10.09.2012
2151
Sentyabrın 6-sı saat 22:00-da Bakı Metropoliteninin müvəqqəti bağlanmış «20 Yanvar-Dərnəgül» sahəsinin fəaliyyəti sentyabrın 10-u saat 06:00-da yenidən bərpa olunub.
SalamNews xəbər verir ki, stansiyalar adi iş rejimində fəaliyyət göstərir, «Həzi Aslanov-Dərnəgül» istiqamətində və əksinə olmaqla, qatraların hərəkəti təmin edilərək, sərnişinlərin gündəlik hərəkət qrafiki ilə daşınmasına başlanılıb.Məlumat üçün bildirək ki, Bənvşəyi xəttin tunellərinin «Memar Əcəmi-2» stansiyasından keçən hissəsinin uzunluğu 40 metrə bərabərdir. Bənövşəyi xəttin «Avtovağzal» stansiyasından «Memar Əcəmi-2» stansiyasına qədər uzunluğu 2 min metr olan tunellərin inşası başa çatdırılıb və ikinci tunelqazma kompleksi də Ceyhun Səlimov küçəsində yerləşən «B-3» stansiyasına istiqamət alıb. Həmin tunelin uzunluğu 1300 metrdir.Bakı Metropoliteninin rəhbərliyi yaranmış vəziyyəti anlaşıqla qarşıladığı üçün sərnişinlərə təşəkkürünü bildirir.
OXŞAR XƏBƏRLƏR