SalamNews xəbər verir ki, stansiyalar adi iş rejimində fəaliyyət göstərir, «Həzi Aslanov-Dərnəgül» istiqamətində və əksinə olmaqla, qatraların hərəkəti təmin edilərək, sərnişinlərin gündəlik hərəkət qrafiki ilə daşınmasına başlanılıb.Məlumat üçün bildirək ki, Bənvşəyi xəttin tunellərinin «Memar Əcəmi-2» stansiyasından keçən hissəsinin uzunluğu 40 metrə bərabərdir. Bənövşəyi xəttin «Avtovağzal» stansiyasından «Memar Əcəmi-2» stansiyasına qədər uzunluğu 2 min metr olan tunellərin inşası başa çatdırılıb və ikinci tunelqazma kompleksi də Ceyhun Səlimov küçəsində yerləşən «B-3» stansiyasına istiqamət alıb. Həmin tunelin uzunluğu 1300 metrdir.Bakı Metropoliteninin rəhbərliyi yaranmış vəziyyəti anlaşıqla qarşıladığı üçün sərnişinlərə təşəkkürünü bildirir.