"Şadlıq saraylarında dərəbəylikdir, toyları monopoliya ediblər" - Nura

"Şadlıq saraylarında dərəbəylikdir, toyları monopoliya ediblər" - Nura
MAQAZİN
16:31 14.04.2025
868
"Dünyada belə şey yoxdur. Toyları da monopoliya ediblər. İnsanlar gedib toy danışır şadlıq evlərində, behi alandan sonra şərtlər ortaya çıxır. Müştəri müğənni istəyir, deyirlər ki, ancaq bizim siyahıdakı müğənnilər olmalıdır, dekor şirkəti ancaq bizim dediyimiz şirkət olmalıdır, video, foto, tort və sair ancaq öz işlədikləri şirkətlər ola bilər".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri tanınmış müğənni Nura Suri deyib.
 
O bildirib ki, şadlıq evləri özləri üçün qanunlar qoyublar:
 
"Başqa heç kəs həmin şadlıq sarayında işləyə bilməz. Bildiyiniz dərəbəylikdir. Bir yaxınım gedib toy danışmağa behi verib, gün götürüblər, indi şadlıq sarayı başlarına oyun açır. Bütün şadlıq saraylarında demək olar ki, vəziyyət belədir. Bu səbəbdən də bütün toylar eynidir. Dejavu yaşanır bütün toylarda".
 

OXŞAR XƏBƏRLƏR