Şagird Facebook şərhinə görə öldürüldü

Şagird Facebook şərhinə görə öldürüldü
Bütün Xəbərlər
12:52 19.08.2014
2176
Yeniyetmələr arasında qanlı olayın səbəbləri məhkəmədə araşdırılacaq
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində 11-ci sinif şagirdini öldürməkdə təqsirli bilinən Elsevər Məmmədov, Nurlan Dünyamalıyev, Samir Məmmədov, Fuad Heydərov və Abbas Abbaslının cinayət işi üzrə məhkəmə başlayıb. İttihama görə, bu il aprelin 2-də Binəqədi şosesi, döngə 4 ünvanında yerləşən “Davud market”in qarşısında 1997-ci il təvəllüdlü Mobil Abdullayev bıçaqlanıb. 11-ci sinif şagirdi olan Mobil Abdullayevi xəstəxanaya yerləşdirsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin münaqişə zəminində Tovuz rayon sakini Elsevər Məmmədov tərəfindən törədildiyi müəyyən edilib və o, həbs olunub. İstintaq araşdırması zamanı cinayətin digər iştirakçıları - Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü Nurlan Dünyamalıyev və 1996-cı il təvəllüdlü Samir Məmmədov müəyyən edilib.
Onlar da saxlanılıblar. İstintaq qanlı cinayətin bəzi təfərrüatlarını üzə çıxarıb. Öldürülən Mobil Abdullayev penitensiar xidmətin formasını geyinərək şəkil çəkdirib. O, həmin şəkli Facebook səhifəsində yerləşdirərək “Privet, voram” sözünü yazıb. Şəklin altına Elsevər Məmmədov şərh yazıb. Onun şərhi mübahisəyə səbəb olub.
Həmin vaxt Mobil Abdullayev oğru aləminin nümayəndələrinin ünvanına söyüş söyüb. Bu söyüşdən sonra tərəflər arasında mübahisə daha da qızışıb. 
Həmin vaxt Mobil Abdullayev ana-bacı söyüşü söyüb. Qarşı tərəf isə mübahisəni sosial şəbəkədə yox, real həyatda davam etdirməyi tələb edib. Bu zaman Mobil Abdullayev “Davud” marketin qarşısında görüş təyin edib. Elsevər Abdullayev tanışları Fuad Heydərov, Abbas Abbaslı, Nurlan Dünyamalıyevlə sosial şəbəkədə oğru aləmi ilə bağlı yaranan mübahisəni aydınlaşdırmaq üçün görüş yerinə gəliblər. Mobil Abdullayev də hadisə yerinə tək gəlməyib. O, yaxın bir neçə qohumunu götürərək, həmin yerə gəlib. Görüş zamanı tərəflərin mübahisəsi qanlı cinayətlə nəticələnib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunurlar. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib. Onlar elan olunmuş ittiham üzrə özlərini təqsirli biliblər. Məhkəmə avqustun 20-də davam edəcək. (teleqraf.com)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Varlı olmaq potensialı olan 4 BÜRC
11:49 24.06.2025
Varlı olmaq potensialı olan 4 BÜRC
Cərimələrlə bağlı yenilik olacaq - Sürücülərin diqqətinə!
11:47 24.06.2025
Cərimələrlə bağlı yenilik olacaq - Sürücülərin diqqətinə!
Parlament Azərbaycan və Çin arasında müqaviləni ratifikasiya edib
11:45 24.06.2025
Parlament Azərbaycan və Çin arasında müqaviləni ratifikasiya edib
Milli Məclis Silahlı Qüvvələr Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
11:28 24.06.2025
Milli Məclis Silahlı Qüvvələr Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
"Həddini aşan həmkarımı çəkiliş meydançasında döymüşəm" - Pərvindən etiraf
11:27 24.06.2025
"Həddini aşan həmkarımı çəkiliş meydançasında döymüşəm" - Pərvindən etiraf
Kartlardan 11 min manatdan çox pul oğurlandı
11:22 24.06.2025
Kartlardan 11 min manatdan çox pul oğurlandı
İsrail hava məkanını açdı
11:19 24.06.2025
İsrail hava məkanını açdı
"Get cazını oxu, Fikrət Əmirova toxunma!" - Sevda Ələkbərzadəyə irad
11:06 24.06.2025
"Get cazını oxu, Fikrət Əmirova toxunma!" - Sevda Ələkbərzadəyə irad
"Xaricdə təhsil proqramına 1000-dən çox müraciət daxil olub" - Nazir
11:03 24.06.2025
"Xaricdə təhsil proqramına 1000-dən çox müraciət daxil olub" - Nazir
Netanyahunun ofisi: İrana qarşı hərbi əməliyyatın bütün məqsədlərinə çatmışıq
10:57 24.06.2025
Netanyahunun ofisi: İrana qarşı hərbi əməliyyatın bütün məqsədlərinə çatmışıq
Sabunçuda dayanacaqdan kənarda park edilən avtomobillərə cərimələr yazılır? - VİDEO
10:45 24.06.2025
Sabunçuda dayanacaqdan kənarda park edilən avtomobillərə cərimələr yazılır? - VİDEO
"İnsanlar heç vaxt dəyişmir" - Vüsalə
10:43 24.06.2025
"İnsanlar heç vaxt dəyişmir" - Vüsalə
Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır
10:39 24.06.2025
Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır
Dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılacaq
10:32 24.06.2025
Dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılacaq
“Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə, bir o qədər yaxşı olacaq”
10:25 24.06.2025
“Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə, bir o qədər yaxşı olacaq”
İsrailin hava zərbələrində İranın dövlət elektrik şirkətinin baş meneceri ölüb
10:18 24.06.2025
İsrailin hava zərbələrində İranın dövlət elektrik şirkətinin baş meneceri ölüb