Şagirdin döyüldüyü məktəbin direktoru: 'Məlumatlar şişirdilib'

Şagirdin döyüldüyü məktəbin direktoru:
Bütün Xəbərlər
15:10 17.01.2013
1501

Bunu Simsar.az-a açıqlamasında Lənkəran şəhər 8 saylı orta məktəbin direktoru Aslan İbrahimov bildirib: “Bu məsələ mənim diqqətimdədir. Valideyn mənim yanımdadır. Etiraf edir ki, açıqlama verərkən həddindən artıq əsəbi olub. 20 ilin müəllimiyəm. Şagirdin valideynlərinə də dərs demişəm. Ciddi problem yoxdur. Məsələ yoluna qoyulub”. 

Qeyd edək ki, Lənkəran şəhər 8 saylı orta məktəbdə Vüsalə adlı müəllimənin 6-ci sinif şagirdi Arzu Ağayevanı döyməsi barədə məlumat yayılıb. Şagirdin atası Şahin Ağayev bildirib ki, müəllimin silləsi nəticəsində qızının qulaq pərdəsi partlayib, sırğası itib. 

Məktəb direktorunun sözlərinə görə, Vüsalə müəllimə tənbeh edilib: “Müəllimənin xarakterində problemlər ola bilər. Şagird müəlliməyə söz qaytarıb. O da qızın qulağını dartıb. Hər gün müəllimlərə tapşırıram ki, şagirdlərlə düzgün rəftar edin, onlara əl qaldırmayın. Amma hərdən belə hadisələr də olur”. 

Şagirdin atası Şahin Ağayev bildirib ki, övladı hadisəni ona düzgün başa salmayıb: “Hüzrümüz düşmüşdü, əsəbi idim. Bir yandan da qızım döyülməsi barədə şikayət elədi. Vüsalə müəllimənin də kobudluğu olub. Uşağın qulağına sillə ilə yox, xətkeşlə vurub. İtən sırğası da tapılıb. Məktəb direktoru ilə danışdıq, məsələni yoluna qoyduq”.

OXŞAR XƏBƏRLƏR