Şagirdlər “Hər şey vətən üçün!” deyir

Şagirdlər “Hər şey vətən üçün!” deyir
Bütün Xəbərlər
13:20 11.01.2016
1060
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Mahir İbrahimov tərəfindən Quba rayonunda həyata keçirilən “Hər şey Vətən üçün!” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir.
Quba rayonu 2 saylı tam orta məktəbdə keçirilən tədbirdə Mahir İbrahimov iştirakçıları yeni 2016-cı ilin gəlişi münasibətilə təbrik edib və hamıya yeni ildə uğurlar arlamışdır.
M. İbrahimov iştirakçılara layihənin əhəmiyyəti və onun donoru olan Gənclər Fondu haqqında ətraflı məlumat vermişdir.
Sonra çıxış edən ekspert bu gün respublikamızın hər bir region və bölgəsində vətənpərvərlik mövzusunun aktual olduğunu və bu mövzunun hər birimizin həyat amalı olduğunu demişdir.
Sonda şagirdlərə layihə çərçivəsində hazırlanan bukletlər paylanılıb və xatirə şəkilləri çəkdirilmişdir.
OXŞAR XƏBƏRLƏR